Azərbaycan Slovakiyaya qalib gəldi - Yenilənib

Azərbaycan Slovakiyaya qalib gəldi
Oxunma sayı: 11334

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, yığmamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Xəbəri rus dilində oxuyun: Сегодня состоится матч между Словакией и Азербайджаном

Trnavanın Antona Malatinski stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

22 sentyabr

UEFA Millətlər Liqası

V tur

22:45. Slovakiya - Azərbaycan

Baş hakim: Uilyam Kollam

Trnava. Antona Malatinski stadionu

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

***

Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində qarşılaşacaq Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Slovakiya millisinin start heyətində Marek Rodak, Lübomir Şatka, Kristian Vallo, Laslo Beneş, Robert Bojenik, Milan Şkrinyar, David Qantsko, Martin Reqali, Erik Yirka, Matuş Bero və Stanislav Lobotka yer alıblar.

Azərbaycan yığmasının heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Riçard Almeyda və Ozan Can Kökçü çıxacaqlar.

Qeyd edək ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

***

Matç başladı.

***

Millimiz hesabı açdı. 44-cü dəqiqədə Renat Dadaşov qol vurdu.

***

Slovakiya Azərbaycan matçı başa çatıb.

Qarşılaşma millimizin 1:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin qələbəyə baxmayaraq, Azərbaycan millisi qrupdan çıxma şansını itirib.