Millimiz Slovakiyaya da məğlub oldu

Millimiz Slovakiyaya da məğlub oldu
Oxunma sayı: 4117

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız son turda səfərdə Slovakiya yığmasının qonağı olub.

Hər hissədə bir qol vuran meydan sahibləri millimizi 2:0 hesabı ilə məğlub edib. Bununla da yığmamız seçmə mərhələni 1 xalla başa vurub.

Qrupun digər matçında isə Uels millisi Macarıstanı 2:0 hesabı ilə məğlub edərək qrup ikincisi kimi final mərhələsinə adlayıb.

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu
19 noyabr

23:45. Slovakiya - Azərbaycan - 2:0 

Qol: Robert Bojenik, 19, Marek Hamşik, 86
Baş hakim: Sergey Boyko (Ukrayna)
Trnava. Anton Malatinski adına stadion.

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 7. Lukas Haraslin, 9. Robert Bojenik, 11. Matuş Bero, 14. Milan Şkriniar, 15. Norbert Qyömber, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 22. Stanislav Lobotka;

Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holeç, 3. Denis Vavro, 4. Martin Valyent, 5. Lübomir Şatka, 16. Yan Qrequş, 8. Andrey Duda, 10. Albert Rusnak, 13. Patrik Hroşovski, 18. Samuel Mraz, 20. Nikolas Şpalek, 21. Mixal Duriş;

Baş məşqçi: Pavel Hapal.

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 14. Eddi İsrafilov, 22. Cavid Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev;

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 5. Elvin Camalov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 13. Dmitri Nazarov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev;

Baş məşqçi: Nikola Yurçeviç.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi