Azərbaycan Superkuboku uğrunda oyun

azerbaycan-superkuboku-ugrunda-oyun
Oxunma sayı: 643

Bu komandalar arasında baş tutmalı olan qarşılaşmanın cari mövsüm üçün nəzərdə tutulan təqvimin ehtiyat günlərindən birinə salınması gözlənilir.

Görüşün keçirilməsi üçün yeganə problem isə yerlə bağlıdı. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda təmir işlərinə start verildiyindən Superkubok görüşünün mərkəzi arenada keçirilməsi baş tutmayacaq. Bu üzdən də PFL başqa variantları gözdən keçirmək məcburiyyətində qalıb.

Sonda onu da xatırladaq ki, 2010-2011 mövsümündə "Neftçi" Azərbaycan çempionu olduğu halda, "Xəzər Lənkəran" da ölkə kubokuna yiyələnmişdi.