“Qafqazinfo” xəbər verir ki, kitabı ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirib. Əsərin redaktoru isə ingilis Annemarie Mergeldir.Əsərdə Azərbaycan xalqının qədim dövrlərdən bəri keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi və etnik mənzərəsinə təkzibedilməz faktlar və sübutlarla aydınlıq gətirilib. Əsərdə xalqın inkişaf səviyyəsi dəqiq faktlar əsasında yeni təfəkkürlə yazılmaqla sovet ideologiyasından tamam təmizlənib.
Londonda çıxan kitabda həm də xalqımızın tarixini əks etdirən 44 xəritə verilib.
Qeyd edək ki, Professor “Azərbaycan tarixi” adlı əsəri oxuculara dörd dildə (azərbaycan, rus, türk, ingilis)təqdim edib.
Son xəbərlər
Son Xəbərlər