“Azərbaycan tarixinə 1 nömrə kimi düşəcəyəm” - Video

azerbaycan-tarixine-1-nomre-kimi-duseceyem
Oxunma sayı: 5268

Cüdo üzrə dünya çempionu olan Hidayət Heydərov 11 il sonra ölkəmizə qazandırdığı qızıl medaldan danışıb. “Qafqazinfo” xəbər verir ki, o, bu haqda təəssüratlarını Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə bildirib.

H.Heydərov qələbənin şokundan ayıla bilmədiyini deyib: “Mən dünya çempionuyam! Avropa çempionatının da qalibi oldum. Əslində, çempionluğu gözləyirdim. Dəfələrlə DÇ-də yarımfinallarda uduzmuşam. Finala çıxanda isə gözlərim doldu. Amma finalda özümü saxlaya bilmədim. Görüşün bitməyinə 10 saniyə qalmış rəqibi atdım. Dəhşətli hisslərdir, sözlə ifadə edə bilmirəm. 

Çünki nəyin bahasına olur-olsun, mən çempion olmalıydım. Yıxılanda da elə hiss edirdim ki, mən yıxılmamışam, durub atmalıyam. Elə də oldu. Beynimdə uduzmağı heç fikirləşmədim. Ancaq qələbəni düşündüyüm üçün rəqibi atdım. Belə final gözləyirdim. Finalda da yaponiyalını udmaq istəyirdim. Rəqibi atanda bilirdim ki, ippondur. Dedim birdən vazari olar. Təkrara baxanda gördüm ki, ippondur. Ancaq o anı gözləyirdim ki, ipponu versinlər, sevinim.

Tarix yazdım. İnşallah, bir dənə tarix qalıb, Paris-2024. Bu yola çıxandan demişəm, həm Avropa, həm dünya, həm Olimpiya çempionu olub, Azərbaycan tarixinə 1 nömrə kimi düşəcəyəm”.