Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı mayın 27-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək vurğulayıb ki, qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatına prezident tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Qeyd olunub ki, Assosiasiyanın fəaliyyəti taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması baxımından əhəmiyyətli olacaq.
Tədbirdə taxılçılıq sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək, “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər. Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub."Karat Holding" MMC-nin rəhbəri Taleh Qasımov “Azərbaycan Taxıl İstehsalçıları və Emaçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

Son xəbərlər
Son Xəbərlər