Azərbaycan Texnologiya Universitetinin rektoru ilk Avro-Asiya İT Forumunda məruzə ilə çıxış edib - Fotolar

azerbaycan-texnologiya-universitetinin-rektoru-ilk-avro-asiya-it-forumunda-meruze-ile-cixis-edib
Oxunma sayı: 2725

Bu ilin 21-22 fevral tarixində Rusiyada ilk Avro-Asiya İT Forumu keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, forumda Azərbaycan Texnologiya Universiteti də təmsil olunub.

Belə ki, “Rəqəmsal suverenlik uzunmüddətli beynəlxalq əməkdaşlığın əsası kimi” ilk Avro-Asiya İT forumunda ATU-nu rektor v.m.i.e. dos.Yaşar Ömərov və strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov təmsil edib.

Yaşar Ömərov iki günlük forum çərçivəsində “Rəqəmsal dövlət idarəçiliyi üzrə kadr hazırlığı” adlı panelin spikeri qismində çıxış edib.

Forum Moskva şəhərində Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə bir çox ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.