Azərbaycan təyyarələri Əfqanıstanda

azerbaycan-teyyareleri-efqanistanda
Oxunma sayı: 656

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəhbəri Qeorqi Koduan məlumat verib. Onun sözlərinə görə, şirkəti ilə bağlı problemlərlə əlaqədar olaraq “Azərbaycan yardım əlini uzadıb”: “İndi yük daşımaları Azərbaycan bayrağı altında uçan təyyarələrlə həyata keçiriləcək”.

Kodua qeyd edib ki, bu Azərbaycan üçün ticari əhəmiyyətli olsa da bizim iqtisadiyyatımızı zəiflədir. Bundan başqa, Gürcüstanın İqtisadiyyat Nazirliyinin onun şirkətinə yenidən işləmək icazə verəcəyinə ümid etdiyini bildirib.

Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Vera Kobaliya daha əvvəl də bununla bağlı açıqlama verərək Sky Georgia şirkətinə məxsus təyyarələrin texniki göstəicilərinin qaydasında olmadığını qeyd etmişdi.

Qeyd edək ki, Sky Georgia NATO üçün yükləri 2009-cu ildən bəri Avropadan Əfqanıstana daşıyır.


Səidə