Azərbaycan “Tokio 2020” Olimpiadasına 10 vəsiqə qazandı

azerbaycan-tokio-2020-olimpiadasina-10-vesiqe-qazandi
Oxunma sayı: 1702

Azərbaycan idmançılarının gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 10-na çatıb.

“Qafqazinfo”nun məlumatına görə, indiyə kimi Anna Skida (çəkiacatma), güləşçilər Mariya Stadnik (50 kq) və Şərif Şərifov (97 kq), bədii gimnastımız Zöhrə Ağamirova, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız, güllə atıcımız Ruslan Lunyov, üzgüçümüz Maksim Şemberev, idman gimnastları Marina Nekrasova və İvan Tixonov, həmçinin kişilər arasında şose velosipedi növündə 1 idmançımız “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Ötən  Yay Olimpiya Oyunlarında “Rio 2016”da  56 idmançı ilə çıxış edən Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanmışdı.