“Azərbaycan – tolerantlıq məkanı” fotosərgisi açılıb- - Fotolar

azerbaycan-tolerantliq-mekani-fotosergisi-acilib-
Oxunma sayı: 812


“Qafqazinfo” ya daxil olan məlumata görə, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə Azərbaycan-İsrail Assosiasiyası (Azİz) tərəfindən təşkil olunmuş sərgini Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açaraq qonaqlara göstərdikləri cəsarətə və sədaqətə görə təşəkkür edib. 

Daha sonra vəkil İlana Laytman Azərbaycanda əsrlərdən bəri mövcud olmuş yəhudilərin həyatı barədə maraqlı məruzə ilə çıxış edib. Çıxışlardan sonra israilli telejurnalistin Bakı səfəri zamanı hazırladığı sənədli film nümayiş etdirilib. Bunun ardınca isə fotosərginin iştirakçıları hər an çala biləcək həyəcan təbilini unudaraq böyük məmnuniyyətlə Qafqazdan çıxmış incəsənət ustalarının konsertinə tamaşa ediblər. Konsertdə Farid Aloni və Sofi Liberman dueti, “Rəqs edən mirvarilər” Qafqaz rəqs qrupunun solistləri, nağaraçalan Hikmət Sabiroğlu iştirak edib.