Azərbaycan Türkiyə ilə İKT sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan Türkiyə ilə İKT sahəsində əməkdaşlığı genişləndirəcək
Oxunma sayı: 349

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkələrimiz arasında informasiya texnologiyaları sahəsində yüksək əməkdaşlığın qurulduğunu qeyd edən nazir Əli Abbasov bu münasibətlərin ölkə iqtisadiyyatında xüsusi yer tutduğunu, gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdiriləcəyini ifadə edib.
Azərbaycanda İKT sektorunda aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı, milli və beynəlxalq layihələri xatırladan səfir İsmail Alper Coşkun layihələrin icrasının Türkiyə üçün də səmərəli olacağına ümid etdiyini vurğulayıb: “Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı) layihəsi “Türk Telekom”un da marağındadır. Gələcəkdə bununla bağlı Azərbaycan tərəfinin hər hansı yardıma ehtiyacı olarsa, Türkiyə bu köməyi göstərmək niyyətindədir”. Səfir həmçinin cari il ərzində Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun, “BakuTel-2012” İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb, eləcə də 2013-cü ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Ötən 10 il müddətində Türkiyənin yüksək sürətlə inkişaf etdiyini, beynəlxalq birlikdə iqtisadi gücə çevrildiyini, TASİM layihəsinin BMT qətnaməsinə daxil edilməsində bu ölkənin xüsusi rolu olduğunu xatırladan nazir də öz növbəsində bu istiqamətdə əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi