Milli Məclisin yaz sessiyasının bu gün ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, bildirilib ki, bu sənəd qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətlidir.
Müzakirələrdən sonra memorandum layihəsi səsə qoyularaq qəbul edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər