“31 dekabr 2022-ci il tarixinə müddətli depozitlərin əsas hissəsini Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard 813 milyon 719 min AZN məbləğində depozit təşkil edir”.
“Qafqazinfo” xəbər verir ki, bu, Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir. Bu depozit üzrə 2 milyon 319 min AZN məbləğində faiz hesablanıb.
Hesabatda qeyd edilir ki, 31 dekabr 2022-ci il tarixinə Fond Azərbaycan Beynəlxalq Bankı və Azərbaycan Respublikası Mərkəzi Bankındakı bank hesablarında müvafiq olaraq 892 min AZN və 511 milyon 368 min AZN (2021: 7 milyon 232 min AZN və 1 milyard 530 milyon 759 min AZN) məbləğində vəsait saxlanıb.
Son xəbərlər
Son Xəbərlər