“Azərbaycan-Türkiyə nümayəndə heyəti İrəvana gəlməyib” - Ermənistan MN

azerbaycan-turkiye-numayende-heyeti-irevana-gelmeyib
Oxunma sayı: 1516

Ermənistanın “Hraparak” qəzeti Meğridə Azərbaycandan Naxçıvana gedəcək yolun tikinti sahəsini araşdırmaq üçün Bakıdan təyyarə ilə Azərbaycan-Türkiyə nümayəndə heyətinin İrəvana gəlişi ilə bağlı xəbər yayıb.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatı təkzib edib.

“Mətbuatda Azərbaycan-Türkiyə nümayəndə heyətinin 8 apreldə İrəvana gəldiyi barədə məlumatlar həqiqətə uyğun deyil”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Nazirlik medianı həssas mövzularda təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.