Azərbaycanda 3 ölkənin Müdafiə naziri görüşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriyanın birgə görüşü baş tutub.
Nazirlər öncə Şəhidlər Kompleksini, Şəhidlər Xiyabanını və mərhum Prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Hazırda Qəbələdə onların üçtərəfli görüşü başlayıb.
Rəşad Türkoğlu



Son xəbərlər
Son Xəbərlər