Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

azerbaycan-turkiye-ve-gurcustan-xin-bascilari-gorusecek
Oxunma sayı: 1688

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü Türkiyədə keçiriləcək.

“Qafqazinfo” Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın XİN rəhbəri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra deyib.

Məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.

Onun sözlərinə görə, görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının nəticələri yüksək qiymətləndirilib.

Həmçinin “Orta Dəhliz” konsepsiyasına əsaslanaraq, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb.