Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin üçtərəfli görüşünün vaxti açıqlanıb

azerbaycan-turkiye-ve-iranin-xin-rehberlerinin-ucterefli-gorusunun-vaxti-aciqlanib
Oxunma sayı: 640

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin görüşündə hər üç dövlət üçün qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regiondakı cari münaqişələrin dinc yolla nizamlanması, bu məqsədlərə çatmaq üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi müzakirə olunacaq. Nazirlər habelə regionda sülhün və çiçəklənmənin bərqərar olması ilə bağlı birgə layihələrin reallaşdırılması məqsədilə də danışıqlar aparmaq niyyətindədirlər.
Gözlənildiyi kimi, qarşıdakı görüşdə Cənubi Qafqazdakı cari vəziyyət ön plana çıxarılacaq. Üç dövlətin xarici işlər nazirləri iqtisadi artım və davamlı inkişaf hesabına əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək niyyətindədirlər. Bundan başqa, Azərbaycan, Türkiyə və İran terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və insan, narkotik və silah alveri ilə mübarizə sahəsində əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.