Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri görüşəcək

azerbaycan-turkiye-ve-turkmenistan-xin-rehberleri-gorusecek
Oxunma sayı: 1771

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüş keçiriləcək.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş iyunun 6-da Ankarada baş tutacaq.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Mərədov iştirak edəcək.