Azərbaycan Türkiyədən hərbi texnika aldı - Foto

azerbaycan-turkiyeden-herbi-texnika-aldi
Oxunma sayı: 2010

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları Türkiyənin milli istehsalı olan texnikalarla gücləndirilib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyədə istehsal edilən mini ekskavatorların Ordunun təminatına daxil edilib.

Türkiyənin yerli istehsalı olan MST teleskopik yükləyiciləri bir çox üstünlüklərə malikdir. Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir. Qabaqcıl texnologiya və dünya standartlarına uyğun komponentlərdən ibarət bu texnikalar dəyişən hidravlik nasosu və iki pilləli sürət qutusuna qoşulmuş hidromotoru sayəsində operatoru yüksək dartma və mükəmməl idarəetmə ilə təmin edir. Müxtəlif sənaye tətbiqləri üçün bütün ehtiyacları ödəyə bilən bu mini ekskavatorların üstün texnologiyası ən çətin coğrafi məkanlarda belə, asan istifadəyə imkan verir.