Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının 6-cı işgüzar toplantısı keçirilib.
“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Xarici İqtisadi Əlaqələr İdarsinin Türkiyə - Azərbaycan Komissiyasının rəhbəri Səlçuk Arat investisiya layihələri barədə məlumat verib.
O deyib ki, Azərbaycanın 2020-ci ilə qədər Türkiyədə həyata keçirdiyi irili-xırdalı layihələrə yatırdığı sərmayənin həcmi 20 milyard dolları keçəcək. Bunun 17 milyard dolları isə SOCAR-ın İzmirdə həyata keçirəcəyə layihəyə xərclənəcək.
S.Akatın verdiyi məlumata görə, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2000-ci ildə cəmi 326 milyon dollar, 2006-cı ildə 1 milyard 35 milyon dollar, 2013-cü ildə isə 3,3 milyard dollar çatıb. Lakin, 2016-cı ildə azalaraq 1,6 milyard dollar olub. Bu ilin ilk 5 ayında isə 650 milyon dollarlıq ticarət əməliyyatları həyata keçirilib.
Səlçuk Arat bu rəqəmlərin real ticarət potensialını göstərmədiyini, qarşıdakı illərdə dövriyyənin daha da artırılmalı olduğunu söyləyib.
Son xəbərlər
Son Xəbərlər