Azərbaycan Türkiyəyə stasionar generatorlar göndərdi

azerbaycan-turkiyeye-stasionar-generatorlar-gonderdi
Oxunma sayı: 3295

 

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Bu haqda “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.