“Qafqazinfo” xəbər verir ki, Publika.az-a açıqlamasında bu sözləri İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad Salihi deyib.
E.Salihi bildirib ki, bu ilin yanvar ayının 10-dan etibarən türkmanlar evlərindən, yurdlarından didərgin düşüb.
“Bu günə qədər 400-dən artıq türkman həlak olub. Onların əksəriyyəti aclıq və susuzluqdan ölüb. Təəssüf ki, nə BMT, nə də digər beynəlxalq təşkilatlar səsimizə səs verir. Dünya yalnız yezidi, kürd və xristianlarla maraqlanır. Amma bu gün İraqda türkmanlar öz doğma torpaqlarından ayrılmaq məcburiyyətində qalıb. İraqın mərkəzi hökuməti isə heç bir şey etmir. Ümidimiz yalnız Ankara və Bakıyadır. Bizə kömək edin”, - deyə Salihi bildirib.
Türkman lider Türkiyə və Azərbaycan ictimaiyyətinə də müraciət edib: “Türkmanlara, öz soydaşlarınıza dəstək olun, baş verənlərə etiraz səsinizi ucaldın”.
Son xəbərlər
Son Xəbərlər