“Qafqazinfo” ATV.az-a istinadən xəbər verir ki, dəyişiklik bu gün Bakı şəhərinin Binəqədi rayonunda. 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi ilə əlaqədardır. Dəyişikliyə əsasən bu gün saat 19:00-da “Gündəlik” verilişi və şou xarakterli digər proqramlar yayımlanmayacaq.
***
İctimai Televiziya və Radio Yayımları şirkəti Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi ilə əlaqədar öz proqramına dəyişiklik edib.
Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.
***
Bu gün baş verən dəhşətli yanğınla bağlı “Maşın” realiti şounun bu günkü efiri təxirə salınıb.
Bu haqda verilişin aparıcısı və layihə rəhbəri Murad Dadaşov sosial şəbəkədə məlumat yayıb:
“Əziz həmvətənlilər! Bu gün gözlənilməz bir faciə ilə qarşılaşdıq. Bakıda yaşayış binalarından birində baş verən yanğında yaralanan və dünyasını dəyişən həmvətənlərimiz var. Onlar arasında azyaşlı uşaqların da olması acımızı ikiqat çoxaldır. Faciənin miqyasını dərindən hiss edir, ölənlərin yaxınlarına dərin hüznlə baş sağlığı veririk.
Allahın rəhminə sığınaraq, geridə qalanların sağ salamat qurtulmasını diləyirik. Bu gözlənilməz itki ilə əlaqədar, “MGP” (M Group Production) və ANS TV ilə müştərək qərar qəbul edərək “Maşın” şounun bu günkü efirini təxirə salır!”
Son xəbərlər
Son Xəbərlər