Azərbaycan üç ölkə ilə Xəzərdə birgə təlim keçirəcək

azerbaycan-uc-olke-ile-xezerde-birge-telim-kecirecek
Oxunma sayı: 1273

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Xəzər donanmasının komandir müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sözügedən bu hərbi təlimlər sentyabrın əvvəlində “Dəniz kuboku” müsabiqəsi başa çatdıqdan sonra keçiriləcək.