Azərbaycan üçün bir ilk

azerbaycan-ucun-bir-ilk
Oxunma sayı: 7431

Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndinin “Mata Hari” mahnısı “Spotify Global TOP 200” çartına daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bununla da bu, həmin şəbəkəyə daxil olan ilk Azərbaycan imzalı layihə və ana dilində istifadə olunmuş mahnıdır.

Hazırda Azərbaycanın “Avroviziya- 2021” mahnısı son 1 gündə 771 763 dinləmə ilə 156-cı yerdə qərarlaşıb.