Azərbaycan üçün bu gün ilk- - Stepko üçün 3-cü medal

azerbaycan-ucun-bu-gun-ilk-
Oxunma sayı: 1662


“Qafqazinfo”nun məlumatına görə, idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin final yarışması başa çatıb.

Birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilcisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib. O, 14,600 bal toplayıb.

Üçüncü yürdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.

Qeyd edək ki, Stepko bundan əvvəl də fərdi yarışında gümüş, komanda yarışında isə bürünc medal qazanmışdı.