Azərbaycan üçün növbəti şans

azerbaycan-ucun-novbeti-sans
Oxunma sayı: 1827


“Qafqazinfo”nun məlumatına görə, baş tutacaq 4 oyunun nəticəsinə əsasən, yarımfinalçılar müəyyənləşəcək.

1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start veriləcək. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı sınağa çəkəcək.

Daha sonra meydana yığma komandamız çıxacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək.


Voleybol

23 iyun

Qadınlar

1/4 final

13:00. Polşa - Almaniya

15:00. Türkiyə - Rusiya

19:00. Azərbaycan – Hollandiya

21:00. Belçika – Serbiya

Qeyd edək ki, Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə - Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.