Azərbaycan UEFA-nın reytinq cədvəlində 39-cu pillədədir

Azərbaycan UEFA-nın reytinq cədvəlində 39-cu pillədədir
Oxunma sayı: 256

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, UEFA qitənin 54 komandasının başa çatan son 3 yarışdakı çıxışlarına əsasən, onların əmsallarını hesablayıb. Siyahının ilk pilləsində 10,833 xala malik olan Almaniya qərarlaşıb. Eyni xala malik İngiltərə ikinci, Fransa isə 10,167 xalla üçüncüdür.

Azərbaycan millisi reytinqdə 39-cu pillədədir. Hesabında 2,666 xal olan yığmamız bunun yarısını 2009/2010, digər hissəsini 2011/2012-ci il mövsümündə toplayıb. 2010/2011-ci il mövsümündə isə millimiz xal qazanmamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi