Azərbaycan UEFA reytinqində irəlilədi

azerbaycan-uefa-reytinqinde-ireliledi
Oxunma sayı: 1498

Azərbaycan UEFA reytinqindəki mövqeyində yeri dəyişib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi olub.

Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 2 pillə irəliləyərək 24-cü pilləyə yüksəlib. 

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.