Azərbaycan – Uels oyununun biletləri satışda

azerbaycan-uels-oyununun-biletleri-satisda
Oxunma sayı: 1612

Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Uelslə Bakıda keçiriləcək oyunu üçün biletlər satışa çıxarılıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, son ev oyununun bilet satışına görüşdən 15 gün öncə start verilib. Uelslə oyun noyabrın 16-da “Bakcell Arena”da  keçiriləcək.
 
Matçı izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər.