Azərbaycan-Ukrayna iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan-Ukrayna iqtisadi əlaqələri müzakirə edilib
Oxunma sayı: 415

İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Vladimir Kanevski ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, nazir Şahin Mustafayev səfir təyin olunması münasibəti ilə diplomatı təbrik edib, Azərbaycandakı diplomatik və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Şahin Mustafayev ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, İqtisadiyyat naziri qeyd edib ki, sənaye, energetika, kənd təsərrüfatı, ticarət, nəqliyyat-tranzit, turizm, əczaçılıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bununla yanaşı, Ukrayna iş adamları Azərbaycandakı sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən istifadə edə, investisiya yatıra bilərlər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi