Azərbaycan Ukraynadan 10 təyyarə alacaq

azerbaycan-ukraynadan-10-teyyare-alacaq
Oxunma sayı: 1210


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın “Silkway Airlines” şirkəti üçün 10 təyyarənin tədarük edilməsi ilə bağlı saziş imzalanıb.

Məlumata görə, "Silkway Airlines" "An-178" təyyarələrinin ilk sifarişçisidir. Bundan başqa, Çinin "Beijing A-Star Airspace and Technology Co" şirkəti ilə 2 ədəd "An-178" təyyarəsinin satın alınmasına dair niyyət protokolu imzalanıb.

Bununla belə, təyyarələrin çatdırılma vaxtı sifarişçilərin tələbinə əsasən açıqlanmır.