Azərbaycan Universiteti ilə Almaniyanın Vechta Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Qafqazinfo" xəbər verir ki, müqavilə universitetlər arasında Sosial iş ixtisası üzrə müxtəlif layihə və mübadilə proqramları çərçivəsində tələbə və müəllim mübadiləsinin, elmi tədqiqat və araşdırmalar sahəsində birgə fəaliyyət və layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb qarışma prosesinin təhsilin mühüm tərkib hissəsi olaraq görən Azərbaycan Universiteti üçün beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələdir. Universitet müxtəlif mübadilə proqramları və təhsil layihələri çərçivəsində Türkiyə və Avropanın qabaqcıl universitetləri ilə əməkdşalıq edir.
Son xəbərlər
Son Xəbərlər