Azərbaycan Universiteti elmi konfransı təxirə saldı

azerbaycan-universiteti-elmi-konfransi-texire-saldi
Oxunma sayı: 856

Koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə 2 və 7 mart 2020-ci il tarixli sərəncamlarına uyğun olaraq, 13 martda Azərbaycan Universitetində keçirilməsi nəzərdə tutulan “Gənc Tədqiqatçıların III respublika elmi-praktik konfransı”nın açılış mərasimi və bölmə iclasları təxirə salınıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, iştirakçılar konfrans materiallarının çap olunduğu toplunu martın 13-dən sonra Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər.