Azərbaycan Universitetində dezinfeksiya işləri aparılıb - Fotolar

azerbaycan-universitetinde-dezinfeksiya-isleri-aparilib
Oxunma sayı: 1804

Azərbaycan Universitetində koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb.

“Qafqazinfo”nun məlumatına görə, universitetin tədris binası, konfrans və akt zalları, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, dəhlizlər, yeməkxana və digər ərazilər dezinfeksiya edilib.

Qeyd edək ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək (ilk tədris günü martın 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.