Azərbaycan Universitetində elmi konfrans keçiriləcək

azerbaycan-universitetinde-elmi-konfrans-kecirilecek
Oxunma sayı: 2387

Azərbaycan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika elmi konfransı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, konfransın məqsədi Azərbaycan dövlətçiliyinin və  mədəniyyətinin formalaşmasında mühüm rol oynamış cümhuriyyətin kontekstində filoloji fikrin keçdiyi yolu və uğurlarını üzə çıxarıb dəyərləndirmək, bu məsələlərin həllinə gənc tədqiqatçıları cəlb etmək, onların potensialını mövcud problemlərin həllinə yönəltməkdir.

11 aprel 2018-ci il tarixində keçiirləcək konfransın işi aşağıdakı istiqamətlər üzrə aparılacaq:

Dil. Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri

Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə araşdırılması prinsipləri

Müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində

Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri

Məqalələrin son göndərilmə tarixi 11 mart 2018, məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 1 aprel 2018-ci ildir.

Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı əsasında təşkil olunur.

Təşkilati və digər məsələlərlə bağlı daha ətraflı məlumat üçün:
(+99412) 431 41 12/13/16/17 (daxili 153)

Konfransın səhifəsinə keçid:
http://au.edu.az/cikfe