Azərbaycan Universitetində Heydər Əliyev anılıb

azerbaycan-universitetinde-heyder-eliyev-anilib
Oxunma sayı: 792

Azərbaycan Universitetində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyevin gənclərə örnək olan həyatı” mövzusunda tədbir keçirilib. Tədbirdən öncə ümummilli liderin universitetin foyesindəki büstünün önünə əklil qoyulub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, tədbiri giriş nitqi ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, hər bir xalqın tarixini onun yetişdirdiyi görkəmli şəxsiyyətlər yazır: "Heydər Əliyev vətən, dövlət və xalq qarşısındakı misilsiz xidmətləri ilə Azərbaycanın ən yeni tarixinə adını qızıl hərflərlə yazdıraraq əbədiyyət qazanıb. Azərbaycanın müasir tarixinin 30 ildən çox davam edən böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Onun həm birinci, həm də ikinci rəhbərliyi dövründə təhsilə strateji məsələ kimi baxılıb və bu sahədə böyük inkişafa təkan və rəvac verən sistemli tədbirlər həyata keçirilib. Təhsil sahəsinin inkişafı, məzmunca yeniləşməsi və dünya standartlarına yaxınlaşmasını şərtləndirən qərar, fərman və sərəncamlar, həyata keçirilən islahat və proqramlar haqqında məlumat verən rektor bildirib ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ümummilli liderin siyasi kursu prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

İctimai elmlər kafedrasının professoru Qabil Əliyev “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda çıxış edib.   

Tarixçi tələbələr də çıxış edərək H. Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarına toxunublar.