Azərbaycan Universitetində Vahid Əziz ilə görüş olub

Azərbaycan Universitetində Vahid Əziz ilə görüş olub
Oxunma sayı: 814

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub.  

“Qafqazinfo” xəbər verir ki, rektor Səadət Əliyevanın da iştirak etdiyi görüşdə qonağın yaradıcılığı haqqında məlumat verilib, may ayında ölkə rəhbərliyi tərəfindən “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adına layiq görülməsi münasibətilə Azərbaycan Universiteti kollektivinin təbriki çatdırılıb. 
Tədbir universitetin filologiya ixtisası üzrə təhsil alan tələbələrinin ifasında şairin şeirlərindən ibarət kompozisiya ilə başlayıb.

Çıxış üçün səhnəyə dəvət olunan Xalq şairi Vahid Əziz tələbələr tərəfindən təqdim olunan kompozisiyanı yüksək dəyərləndirdiyini bildirib, yaradıcılığına həsr olunmuş hər görüşdən böyük fərəh hissi duyduğunu dilə gətirib.

Tədbir rektor Səadət Əliyeva tərəfindən qonağa xatirə plaketinin təqdim olunması və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi