Azərbaycan Universitetinin 2017/2018-ci tədris ili məzunlarına həsr olunmuş XXIV buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin rəsmi hissəsi Dövlət Himninin və Azərbaycan Universiteti himninin səsləndirilməsi ilə başlayıb. Universitetin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, ölkənin ali təhsil məkanında xüsusi çəkisi ilə fərqlənən Azərbaycan Universiteti 24-cü dəfədir ki, öz məzunlarını iş dünyasına yola salır.
Rəsmi hissədə universiteti yüksək göstəricilərlə bitirənlərə Azərbaycan Universiteti rektorunun fəxri fərmanları təqdim olunub. Universitetdən 95.17 orta müvəffəqiyyət göstəricisi ilə birinciliklə məzun olan Vəfa Axundova məzunlar adından çıxış edib, öz şəklini “Azərbaycan Universitetinin fəxrləri” lövhəsinə yerləşdirib.
Rəsmi hissənin ardından açıq havada məzunların papaqatma mərasimi keçirilib. Tədbir Murad Arif konserti və DJ proqramı ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Universitetini bu il bakalavriat və magistratura pillələri üzrə ümumilikdə 215 məzun bitirir. Onlardan 11-nə Azərbaycan Universiteti rektorunun fəxri fərmanı təqdim olunub






Son xəbərlər
Son Xəbərlər