Azərbaycan Universitetinin 171 tələbəsi istehsalat təcrübəsinə başladı

Azərbaycan Universitetinin 171 tələbəsi istehsalat təcrübəsinə başladı
Oxunma sayı: 776

Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri bu gündən istehsalat təcrübəsinə başlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, biznes və iqtisadiyyat, Humanitar fənlər və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində 11  ixtisas üzrə təhsil alan 171 tələbə müxtəlif qurumlarda təcrübə keçəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan müəssisələr, “Azerenerji” ASC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Neft Şirkətinin  İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Yasamal rayon Bələdiyyəsi, “Sumaks” MMC, AMEA-nın müxtəlif institutları, Aşıqlar Birliyi, “Aysberq KMT” MMC, “İmdad Audit” MMC, “Bolluq ” MMC, “Royal Print” MMC, “BERC GROUP” MMC və digər qurumlarında təcrübəçi tələbələrə 43 müəllim rəhbərlik edəcək.

Həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək müəllimlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında daha ətraflı məlumat təcrübənin başlanğıc konfransında təqdim olunub. Tədbirdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu rəhbərlərə təqdim edilib.

İstehsalat təcrübəsi mayın 24-də yekunlaşacaq.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi