Azərbaycan Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

Azərbaycan Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Oxunma sayı: 2083

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Universitetinin kollektivi 1990-cı il yanvarın 20-də baş vermiş faciənin otuzuncu ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, Şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Ziyarətin ardından Universitetin tədris binasında keçirilən anım tədbirində Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində qeyd olunub ki, 20 yanvar tarixi uzun illər yalnız hüzn və matəm günü kimi dəyərləndirilib və qeyd olunub. Unudulmamalıdır ki, 20 Yanvar həm də Azərbaycan xalqının milli-azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 30 il bundan əvvəl baş verən faciəli günlərdə onlar sinələrini tankların qarşısına sipər edərək şəhidlik mərtəbəsinə ucalıblar. 

Anım tədbirində vurğulanıb ki, 20 Yanvar hadisələrinə ilk siyasi və hüquqi qiymət ümumilli liderimiz Heydər Əliyev tərəfindən verilib.  Ümummili lider 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Azərbaycanda həyata keçirilən qanlı aksiyanı ifşa edib. Ümummilli liderin hakimiyyətə qayıtmasından sonra isə onun təşəbbüsü ilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb, imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Tədbirdə bildirilib ki, cənab Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi