Azərbaycan Universitetinin Məzun Günü - Video

azerbaycan-universitetinin-mezun-gunu
Oxunma sayı: 1899

1991-ci ildən fəaliyyət göstərən Azərbaycan Universiteti 215 məzununu iş dünyasına yola salıb. 2017/2018-ci tədris ili məzunlarına həsr olunmuş XXIV buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iki hissədən ibarət olan təntənəli mərasimin rəsmi hissəsində Universitetin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov və digər rəsmi şəxslər çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Bu hissədə universiteti yüksək göstəricilərlə bitirən 11 məzuna Azərbaycan Universiteti rektorunun fəxri fərmanları təqdim olunub. Universitetdən birinciliklə məzun olan Vəfa Axundova məzunlar adından çıxış edib, öz şəklini “Azərbaycan Universitetinin fəxrləri” lövhəsinə yerləşdirib.

Rəsmi hissənin ardından açıq havada məzunların “papaqatma” mərasimi keçirilib. Tədbir Murad Arif konserti və DJ proqramı ilə davam edib.