Azərbaycan Universitetinin professorunun yeni kitabı

Azərbaycan Universitetinin professorunun yeni kitabı
Oxunma sayı: 1169

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Almaniyada “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” adlı monoqrafiyası dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, “LAP LAMBERT Academic Publishing” beynəlxalq nəşriyyatı tərəfindən nəşr olunan kitabda mifopoetikanın metodoloji və nəzərə məsələləri, arxetip mənaların və süjetlərin fəlsəfi-estetik məzmunu və bədii funksiyaları, müasir rus yazıçılarının yaradıcılıq axtarışlarında mifoloji və folklor elementlərinin rolu tədqiq edilib. Monoqrafiyada rus nasirlərinin yaradıcılığında ənənəvi mənəvi-estetik dəyərlərin ifadəsinə, milli dünya mənzərəsinin özünəməxsusluğuna və ədəbi prosesin tipologiyasına xüsusi diqqət yetirilib. Kitabın ayrıca bölməsində başqa xalqların, ilk növbədə türkdilli xalqların nümayəndələrinin rus dilində yazdıqları nəsr əsərləri rus ədəbi prosesinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilib.

Kitab filoloqlar və rus ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Qeyd edək ki, elmi və tədris ədəbiyyatının Avropa dillərində nəşri üzrə ixtisaslaşmış “LAP LAMBERT” nəşriyyatı Almaniyada yerləşir. Müəllifin rus dilində yazdığı bu kitabın dərc olunması nəşriyyatın təşəbbüsü və vəsaiti hesabına həyata keçirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi