Azərbaycan Universitetinin tələbə və məzunları üçün yay məktəbi

azerbaycan-universitetinin-telebe-ve-mezunlari-ucun-yay-mektebi
Oxunma sayı: 983

Gənclərin peşə hazırlığının artırılması məqsədilə Azərbaycan Universitetinin tələbə və məzunları üçün Şamaxıda yay məktəbi təşkil edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən yay məktəbində iştirakçılara gələcək karyeralarında faydalı ola biləcək mövzular tədris olunub.

"Qafqazinfo" xəbər verir ki, “Gənclərin peşə hazırlığı” təcrübə proqramına uyğun olaraq keçirilən təlimin mövzuları aşağıdakıları əhatə edib:

Azərbaycanın vergi tarixi və vergi siyasəti

Vergi qanunvericiliyinin nəzəri və praktiki aspektləri

Azərbaycan Respublikasının büdcə sistemi

Vergi orqanlarında xidmət keçmə

Vergi ödəyicilərinin qeydiyyatı və uçotu

Vergi ödəyicilərinə göstərilən xidmətlər

Mühasibat uçotunun əsasları

Komanda qurmaq bacarığı, işgüzar ünsiyyət

Vaxtın idarə edilməsi

Azərbaycan Universitetinin tələbə və məzunlarının iştirak etdiyi yay məktəbi zamanı təlimlərlə yanaşı iştirakçıların asudə vaxtlarının maraqlı keçirmələri üçün də şərait yaradılıb. Belə ki, iştirakçılar üçün Vergi muzeyinə, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, Mirzə Ələkbər Sabirin ev muzeyinə, Tarix diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil edilib.

Təcrübə proqramının sonunda Tədris Mərkəzi tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Yay məktəbi Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Universiteti ilə arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində keçirilib. “Gənclərin peşə hazırlığı” təcrübə proqramına digər ali təhsil müəssisələrinin tələbə və məzunlarının da cəlb edilməsi nəzərdə tutulur.