Aprelin 29-da Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-a səfər edib.
Universitetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universitetinin (ATU) professor-müəllim heyəti daxildir. Respublikamızdan gedən nümayəndə heyətinə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova başçılıq edir.
Nümayəndə heyətini ABŞ-ın Dövlət Departamentinin məsul şəxsləri qarşılayıb. Səfərin ilk günü Dövlət Departamentində görüş təşkil edilib, səfərin məqsəd və proqramı barədə müzakirələr aparılıb.
Səfərin birinci günü nümayəndə heyəti Nyu-York Texniki Universitetində olublar.
Daha sonra nümayəndə heyəti Miçiqanın Kalamazu şəhərinə yola düşüblər. Onlar burada yerləşən Kimya Kollecinin innovasiya mərkəzində, Mühəndislik Kollecində, Kalamazu Kommuniti Kollecində və Miçiqan Universitetində olublar. Səfər zamanı universitetlərlə tanışlıq, qarşılıqlı əlaqə və fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, nümayəndə heyətinin səfəri ABŞ-da davam etməkdədir. Növbəti gün heyətin Texas ştatının Hyuston şəhərində yerləşən Universitetlərinə səfəri nəzərdə tutulub.

Son xəbərlər
Son Xəbərlər