Azərbaycan və ABŞ bayraqlarının əks olunduğu poçt markası buraxıldı

azerbaycan-ve-abs-bayraqlarinin-eks-olundugu-poct-markasi-buraxildi
Oxunma sayı: 873

Los-Anceles şəhərində Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan “Qafqazinfo”ya verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.