Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsini müzakirə etdilər - Yenilənib

azerbaycan-ve-ermenistan-arasinda-imzalanacaq-sulh-muqavilesini-muzakire-etdiler
Oxunma sayı: 3732

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə yollanıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Kobaxidze səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tərəflərin həm təkbətək, həm də nümayəndə heyətləri ilə birgə danışıqlar aparacağı gözlənilir.

***

“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında çıxış ediblər.

Türkiyə liderinin çıxışından diqqətçəkən məqamları təqdim edirik:

“Dost Gürcüstan xalqını müstəqillik günü münasibətilə təbrik edirəm. Cənab Kobaxidzeyə vəzifəsində uğurlar arzulayıram. İki dost ölkə olaraq məhsuldar görüşlərimiz oldu.

Türkiyənin Gürcüstana güclü dəstəyini bir daha vurğuladıq. Cənab Baş nazir Gürcüstandakı daxili siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşdü. Ümid edirəm ki, hadisələr Gürcüstan xalqı üçün müsbət olacaq.

Türkiyə ilə Gürcüstan arasında ticarət həcmi üçün hədəfimiz 5 milyard dollardır. Mərkəzi dəhlizin əsası olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən tam gücü ilə fəaliyyətə başlaması üçün işimizi davam etdiririk. Baş nazirə çatdırdıq ki, biz Gürcüstanın hava limanları, limanlar, yollar kimi böyük infrastruktur layihələrini dəstəkləyəcəyik.

Başda FETÖ və PKK olmaqla terror təşkilatları və mütəşəkkil cinayət şəbəkələri ilə mübarizəmizi daha təsirli edəcək addımlara diqqət yetirdik. Dövlətimiz bundan sonra da terror və cinayətkar təşkilatların üzvlərinin boynunda olacaq.

Biz regional və qlobal məsələləri də müzakirə etdik. Baş nazirlə Qəzzadakı vəziyyəti və Rusiya ilə Ukrayna arasındakı müharibə barəsində söhbət apardıq. Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin region üçün tarixi fürsət olacağı qənaətinə gəldik”.