“Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırıq”

azerbaycan-ve-ermenistan-arasinda-vasiteci-olmaga-haziriq
Oxunma sayı: 6828

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla görüşüb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Əbdülfəttah Əs-Sisi görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsində neytral mövqedə olduğunu bildirib.

Misir Prezidenti bu məsələdə vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.