Azərbaycan və Ermənistan nümayəndələri Moskvada görüşəcək

azerbaycan-ve-ermenistan-numayendeleri-moskvada-gorusecek
Oxunma sayı: 1449

Bu ay Moskvada Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyinə dair komissiyanın nümayəndələrinin görüşü baş tutacaq.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb.

Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.