Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək

azerbaycan-ve-ermenistan-parlamentlerinin-sedrleri-cenevrede-gorusecek
Oxunma sayı: 1448

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə görüş keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb. 

Məlumata görə, görüş parlament sədrlərinin 6-cı Ümumdünya Sammitinə hazırlıq iclası çərçivəsində baş tutacaq.

Belə ki, Simonyan mayın 15-18-də İsveçrədə səfərdə olacaq.

Xatırladaq ki, Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında sonuncu görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.